“Sizə yazmaq olarmı?…” (gerçək hekayə)


Bəli, hər şey elə burdan başladı. Leylanın facebook hesabında mesaja gələn bu cümlədən. Sanki illərdən bəri axtardığını tapmışdı o mesajda Leyla. Amma gecikmişdi onu oxumağa. Çünki,evli idi artıq. Onu sevən bir əri vardı. Buna baxmayaraq, o mesajı açmaq istəyi daha böyük idi.

Ən pisi isə, bu mesajı göndərən Murad da artıq iki il idi ki, evli idi. Onları bu mesaja bağlayan nə idi, bax, bunu hər ikisi özlüyündə düşünürdü… Oxumağa davam et

Dünən sənin nömrən öldü

İlk dəfə onu qarlı bir qış günündə görmüşdüm. Elə gördüyüm o andan ona aşiq olmuşdum, gözlərim onda ilişib qalmışdı. Diqqətimi çəkən isə bəyaz qarda əyninə geydiyi qırmızı palto, buruq saçları və soyuqdan qızarmış balaca burnu idi…

Onu ilk gördüyümdə anlamışdım ki, bu şəhərin bütün qızlarından fərqlidir, həyata baxışı başqadır. Hər gün onun işlədiyim ofisin qarşısından keçməyini səbirsizliklə gözləyirdim. Bircə dəfə görməklə bütün ürəyim rahatlayırdı. Oxumağa davam et

Şaxta Babaya məktub

“Salam Şaxta baba!

“Necəsən?”-deyə, soruşmuram.Çünki səni uşaqlıqdan xəyalımda insanlardan fərqli bir obrazda canlandırdım həmişə.

Elə təsəvvür elədim ki, Şaxta Baba yeməz, içməz, yatmaz, insanlar arasında gəzib-dolaşmaz. Sadəcə,  hər yeni il gələndə göydən enər və təkcə uşaqların arzularını yerinə yetirib, yenə yox olar… Oxumağa davam et

Gülümsəyən qəbr daş

Hər gün işdən getdiyim o yolda, gözümə sataşan o gözlər…

Sanki, sanki gülümsəyir. Nəsə deməyə çalışır.Yorğun kədərli düşüncəmə mane olur. Və nədənsə hər gün bir cür diqqətimi çəkir o. Qəribə baxışlarla baxır. Məni uzaqlara aparan baxışları var onun. Oxumağa davam et

Xoşbəxtlik-kədərdir…

10349961_381953655302234_4591165834600688195_nXoşbəxtlik-acı çəkməkdir bəlkədə.Biz birləşməsini öldürməkdir.Bir qizin avtobus boyu yol gedib onu ağlından çıxarmaq istəyərkən əksinə onun xəyalını düşünməkdir əslində.Sevinc deyil,sadəcə insanların başa düşəcəyi o hissin içində kədər dolu dünyadır.Xəbərsiz gələr,səni bir baxışla bir neçə saniyə ürəyini güldürüb yenə yox olar.Bunu kimsəyə başa salacaq sözün olmaz əslində.O qədər qəribə hissdir ki,biz ən yaxşı halda sadəcə onun adını çəkə bilirik.Bəzən açığa,bəzən əsəbi olduğumuzdan,bəzən özümü aldatmaq üçün deyəcəyimiz ən ağır təsəlli olur Xoşbəxtlik. Oxumağa davam et

Lənkərandakı vəziyyət

Çoxdandır yazı yazmıram.Bilmirəm həvəsizlikdəndir yoxsa nədir əlim gəlmirdi nəsə yazmağa.Ama bəzən elə səbəblər olur ki,onu kimə danışmaqla kifayətlənmirsən.ən son özün o haqda yazdıqdan sonra azcada olsa sakitləşirsən.Bax elə mənim yazacağım mövzum kimi… Oxumağa davam et

Camaat nə deyər :)

Uzun bir boşluqdan sonra mən yenə qayıtdım əziz oxucularım və dostlarım.Bəlkə mənim üçün darıxmamısız ama yazılarım üçün əminəm ki darıxmısız.Ən azından qalmaqallı yazılarım üçün 🙂 .Uzun zamandır yazmaq istəyib ama bir vaxt tapıb yaza bilmədiyim bir mövzudan yazmaq istəyirəm bugün.Mövzunun bir ucu yenə gedib mentalitetə sataşacaq deyəsən.)) Oxumağa davam et

8Marta necə yarandı?!

 

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Oxumağa davam et