Dəvədabanı


Dəvədabanı – yazın ilk aylarında (mart aprel) çiçək açır,yarpaqlarının tam inkişafı may ayının axırında qurtarır.Yarpaqlarını (may-iyun) aylarında toplayır, sonra isə onları quru havalı yerdə nazik qatlarla sərib qurudurlar. Oxumağa davam et

Limon

Limonun  dəyəri  ilk  növbədə  onun  tərkibində  küllü  miqdarda    C vitamininin    olmasındadır.Bədənə  daxil olan  mikrobları  dərhal  əhatəyə alıb   məhv  edən  və  qana  keçməyə  qoymayan    bu  vitaminin  demək  olar  ki,  xərçəng  kimi  dəhşətli  xəstəliyin  də  qarşısına  sədd  çəkir. Hər  gün  kifayət  qədər  meyvə  tərəvəz ,  o  cümlədən  limon yeyən  adamın  heç  vaxt  virusdan  qorxusu    olmaz.  Belə  adam  qrip də  tutmaz. Oxumağa davam et

Qarpızın faydası.

                                                                                Yaz mövsümünün imtina edilməz meyvələrindən biri olan qarpız A, B və C vitamini, kalium, kalsium və dəmir minerallarına malikdir. Qarpız böyrək və orqandakı qumları tökməyə, qanı təmizləməyə, həzmi asanlaşdırmağa və bağırsaqları işlətməyə köməkçi olar. Oxumağa davam et

“Fındığın faydası”

25-30 qram fındıq gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir

Fındıq vitaminlə zəngin meyvələrdən biridir.Onun tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir.  Oxumağa davam et

…Banan…

Alimlər təcrübə nəticəsində belə qənaətə gəliblər

Gündə 3 ədəd banan yemək insult riskini azaldır. Bu qənaətə ingilis və italiyalı alimlər gəliblər. Alimlər bananın tərkibində olan kaliumun insan orqanizmində qan təzyiqinin artmasına mane olduğunu müəyyənləşdiriblər. 

Alimlər insult riskini 21 faiz azaltmaq üçün insan orqanizminə gün ərzində 1600 milli qram kaliumun daxil olmasının vacibliyini vurğulayıblar. Bir bananda isə 500 milli qram kalium mövcuddur ki, bu da orqanizmdə su balansını qoruyaraq ürək ritmini normallaşdırmağa kömək edir. İnsan orqanizmində kalium metalının çatışmaması isə sonda əzələ-sinir və ürək-damar sisteminin sıradan çıxmasına gətirib çıxarır. 

Xatırladaq ki, kalium metalı sitrus meyvələri, yaşıl tərəvəzlərin, bananın, yerkökünün, sarımsağın, qara quşüzümünün, pomidorun, balığın və süd məhsulların tərkibində mövcuddur. 

“Möcüzəli meyvə”

Alma “sehrli” meyvədir. ABŞ-ın Florida Universitetinin professorları Bəhram Arjamandi və Marqaret Sitton belə düşünür. Meyvəyə bu ad onun yalnız orqanizm üçün faydalı elementlərlə zəngin olduğuna görə verilməyib. 

Heyvanlar üzərində aparılan eksperimentlər göstərib ki, alma pektini və polifenol maddələr mübadiləsini yaxşılaşdırır, iltihab yaradıcı molekulların yaranmasının qarşısını alır. Bundan əlavə ilk dəfə olaraq almanın klimaks dövründə olan qadınlarda uzunmüddətli kardioloji problemlərdən müfadiə effekti də qiymətləndiriib.  Oxumağa davam et

Nar

Qədim zamanlardan Şərqdə narı bütün meyvələrin şahı hesab edirlər.
Hətta xarici görkəminə görə də o, digər meyvələrdən yüksəklikdə dayanan odlu-qırmızılı tac kimi seçilir.
Rəvayətə görə, narın məhz orijinal kasayarpaqlı formalı çiçәklәri tacın formasına oxşarlığı fikrini irəli sürməsinə səbəb olmuşdur.

Qurani-Kərimə görə, gözəl cənnət bağı digərləri ilə yanaşı nar ağacları ilə əkilmişdir.
Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul olunmuşdur. Oxumağa davam et