“Sizə yazmaq olarmı?…” (gerçək hekayə)


Bəli, hər şey elə burdan başladı. Leylanın facebook hesabında mesaja gələn bu cümlədən. Sanki illərdən bəri axtardığını tapmışdı o mesajda Leyla. Amma gecikmişdi onu oxumağa. Çünki,evli idi artıq. Onu sevən bir əri vardı. Buna baxmayaraq, o mesajı açmaq istəyi daha böyük idi.

Ən pisi isə, bu mesajı göndərən Murad da artıq iki il idi ki, evli idi. Onları bu mesaja bağlayan nə idi, bax, bunu hər ikisi özlüyündə düşünürdü… Oxumağa davam et

Geden gəlməzki….

Gedən Gəlməz, Gələn Gedər…

-Heç bir yaş, ölümü düşünmək üçün tez deyil…

Bir gül yarpağı kimi, min bir müəmma ilə örtülü kainat kitabında, bir sətirlik ömürü olan hər canlının, digər bir ifadəylə hər gələnin gedib, hər gedənin də gəlməmək üzrə ardından buraxdığı mesaj, üç hecalıq bir “əl-vi-da”dır… Oxumağa davam et

Ramazanda xeyir və şər məclisləri keçirmək olarmı?

Müsəlmanların mübarək ayı, insanların maddi və mənəvi təmizlənmə ayı olan orucluq – Ramazan təqvimimizə daxil olur. Tanrının bəndələrinə lütfü olan Qurani-Kərimin nazil olduğu bu ayda insanlar gün çıxandan batanadək müəyyən qaydalara riayət etməli olur. Bu baxımdan Ramazan ayının şərtlərinə toy-yas mərasimləri də uyğunlaşdırılmalıdır. Ramazan- 11 ayın sultanı artıq başlanıb. Oxumağa davam et

Slm yox Salam

Məni bu haqqda yazmağa məcbur edən səbəb bir qrup kütlənin başa düşməməsi oldu.Başlıqdan da görünür ki,mən nə demək istiyirəm.Bu problemlər əsasən gənclər arasında mövcudur.ya sevenlər bir-birlərinə sms yazanda,ya sosial şəbəkələrdə salamlaşanda Allahın müqqəddəs adını belə bütöv yazmağı özlərini əziyyət bilirlər.Eləcə qısa olaraq “slm” yazırlar.Və deyendə ki olmaz günahdır,ozaman adamı səhvdə çıxarırlar ki siz düz danışmırsız.Bəzən səbəb gətirlərki mesajda yer az tutur kontur az çıxır.Demək belə çıxır ki səni sevirəm yaznada kontur az çıxmır.Ama Allahın adını yazanda çox görünür.Bəs biz niyə unuduruq görən SALAM Allahın müqqəddəs adlarından vacib olanlarından biri.Bu qədərmi çətin bir iş.Mənə maraqlıdır insan adını kiçik hərflə və qisaldılmış bir formada yazsan ona xoş gələrmi?Məncə yox.Bu heç kimə xoş gəlməz.Ozaman ən azından nəticə çıxarmaq lazımdır.Mən məcbur qalıb bu haqda yazdım ki,bəlkə nəsə nəticəsi olar.Bizi yaradan müqəddəs varlığa qarşı bu dərəcədə laqeyd olmuyaq.Qoy bu bizim günahımıza yazılmasın

Əslində qadınlar necədirlər.

Düzü bu haqda yazmaq istəmirdim.Ama kişilər haqqında olan yazı çox kişilərimizin xətrinə dəydi desəm yanılmaram.Məndə onları sakit etmək üçün qadınların necə olduqlarını yazmaq qərarına gəldim.Buyurun oxuyun esasada bəylərimiz oxusun. Oxumağa davam et

Bizdə “Əkinçi” Az.tv demək.

Niyə bu özəl günlər gələndə bir çox yazarlar şablon qəliz cümlələrə üstünlük verirlər?Yəqin özlərini ağıllı və savadlı göstərmək istəyirlər.Ama mətbuat günü sadəcə xalqa statistika bayramın yaranma tarixindən danışmaq deyil.Bu haqda onsuzda istənilən yerdə məlumat almaq olar.Mən sadəcə mətbuatda görmək istədiyim tərəflərdən danışacam.Hamı bilir ki, mətbuat Əkinçi ilə yarandı. Oxumağa davam et