Xoşbəxtlik-kədərdir…

10349961_381953655302234_4591165834600688195_nXoşbəxtlik-acı çəkməkdir bəlkədə.Biz birləşməsini öldürməkdir.Bir qizin avtobus boyu yol gedib onu ağlından çıxarmaq istəyərkən əksinə onun xəyalını düşünməkdir əslində.Sevinc deyil,sadəcə insanların başa düşəcəyi o hissin içində kədər dolu dünyadır.Xəbərsiz gələr,səni bir baxışla bir neçə saniyə ürəyini güldürüb yenə yox olar.Bunu kimsəyə başa salacaq sözün olmaz əslində.O qədər qəribə hissdir ki,biz ən yaxşı halda sadəcə onun adını çəkə bilirik.Bəzən açığa,bəzən əsəbi olduğumuzdan,bəzən özümü aldatmaq üçün deyəcəyimiz ən ağır təsəlli olur Xoşbəxtlik.

Bir kimsəni sevib ona əl çatmamaqdır.Onu incitməkdir.Onu ağlatmaqdır.Onu yarı yolda qoymaqdır.Ən azı ona uzaqdan baxıb içinə qapanmaqdır.Bəzənsə  həyat planınında yer almamasıdır xoşbəxtlik.Bu təcrübə deyil.Sadəcə beyinlə ürəyin əksinə hərəkətidir.

Kədərin sevgisidir xoşbəxtlik.Hansı ki,evində onu gözləyən başqa biri varkən ürəyindəkini evə aparmaqla xoşbəxt olacağını düşünən o bədbəxtdir əslində.

Hər kəs öz parametrlərinə uyğun tapmaq istəsə də bunun cavabını, bunu tək bir cavabı var.Xoşbəxtlik əslində varkən yoxdur.Tapsan belə onu itirməyə məhsumksan.Axtarsan belə yenə itirəcəyin üçün axtarırsan.

Bəlkədə leksikologiyamızdan bu söz silinməlidir ki,onu heç kəs axtarmamalı.O haqda heç kəs düşünməməli.Onu görən də bax xoşbəxtlik budur düşünməməli.

Son olaraq bircə bunu xatırlamalıyıq ki,əsində Xoşbəxtlik “O” adlı keçmişimizdir…

Bir şərh yazın