Şaxta Babaya məktub

“Salam Şaxta baba!

“Necəsən?”-deyə, soruşmuram.Çünki səni uşaqlıqdan xəyalımda insanlardan fərqli bir obrazda canlandırdım həmişə.

Elə təsəvvür elədim ki, Şaxta Baba yeməz, içməz, yatmaz, insanlar arasında gəzib-dolaşmaz. Sadəcə,  hər yeni il gələndə göydən enər və təkcə uşaqların arzularını yerinə yetirib, yenə yox olar…

Saf uşaq dünyası bu qədər olurmuş, məgər?

Amma mən hər Yeni il sənə yazdığım məktublardan ümidsiz olmadım. Düşündüm ki, Şaxta Baba təkdir, uşaqlarsa çox. Əlbət, mənim məktubumu bir gün oxuyacaqsan….

Və mən beləcə, bu məktublarla böyüdüm. Artıq böyük qızam. Amma sən yazdığım məktubları heç vaxt oxumadın, Şaxta Baba. Çünki heç bir yeni ildə, yazıdığım heç bir istəyi gətirə bilmədin, təəssüf ki…

Mən artıq böyüyəndə sənin Şaxta Baba deyil,  “saxta baba” olduğunu anlayanda bir az güldüm, biraz da kövrəldim. “Dünyada uşaqlar qədər saf bir varlıq yoxmuş”u anladım. Amma sənə məktub yazmaqdan yenə əl çəkmirəm. Bunu hər il yazdığım məktubların yanına qoyarsan, çünki oxuduqlarına belə heç cavab yazmadın ki…

Heç olmasa oxuyursan, bu da yetər mənə.

Bilirsən Şaxta Baba, mən çox darıxan bir insanam: Bəzən bu dünyadan çox uzaq bir yerdə,  tək olmaq üçün, bəzən doğulmayan qızım üçün, bəzən yanımda oturan anam üçün, bəzən tanımadığım kimsə üçün, bəzən keçmişimdə xatirəyə dönən gülüşlər üçün, bəzən isə darıxdığım üçün darıxıram.

Başa düşürsənmi məni, Şaxta Baba?

Düşməzsən.

Gülürsən, bəlkə də oxuduğun bu sətirlərə…

Hələ, ta uşaqlıqdan məşhur olmaq istədim.Tanınmış bir televizya və radio jurnalisti olmaq arzusu ilə böyüdüm. Bunun üçün çalışıb oxudum. Amma işləmədim, təəssüf ki…

Maşınım da olsun istədim, sahib olmaq istədiyim bircə o maşın idi, “Hunday-sonata” deyib çox maşınların arxasından həsrətlə baxdım. Daha sonra bir məşhur sevgi filminin baş qəhrəmanı olmaq da keçdi arzularımdan. Bir də böyük bir holdinq qurub orda bütün arzularımı həyata keçirmək keçdi içimdən…

Həə,  Şaxta Baba bax belə.

Qarışıq insanam bilirəm. Yaxın günlərin birində toyum olacaq, amma mən hələ də sənə məktub yazmaqdan əl çəkmədim. Yəni deyirsən mən hələ böyümədimmi?…

Ya da yox, mən sənin varlığına çox inandım, saxta olduğuna alışa bilmirəm.Hələ bundan sonra çox yeni illərdə qızım və oğlumla bərabər sənə çox məktublar yazacağam. Onları inandıracam ki,sən varsan.

Çünki bunun xəyalı belə gözəldir.

Amma şəhərdə cins şalvarlı çoxlu saxta babalar görəndə xəyallarımla bərabər ölürsən.

Bu keçici olur. Sonra düşünürəm ki, mənim məktub yazdığım o baba tam başqadır. Onu hər il gözləmək başqa arzudur. Yəqin çox yordum səni ay, Şaxta Baba.Bəlkə oxuyacağın çox belə məktublar var. Səni ümidlərimdə yaşatmağa davam edim. Necə ki, bu həyatda əlçatmazlar, həyata keçməyən arzular daha gözəl olur, səni gözləyib görmək də o qədər olsun…

Növbəti illərdə görüşünədək,  mənim sevgili Babam”,-  yazıb məktubu bitirmişdim ki, bir də ayıldım nənəm məni çağırır, gülüm, işə gecikirsən, dur.

Yuxusunu yaşamaq belə gözəl idi…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma