Ata,məni ərə yox,məktəbə göndər

Mən bu gün qızların niyə məktəbə yox ərə getməsindən danışacam.Çox aktual mövzu olmasına baxmayaraq,deyərdim ki,öz həlli yollarını tapmır.Və ən azından özümə borc bildim ki,bunu bir daha işıqlandırım.Bu gün Azərbaycanda nə qədər qızlar məktəbi bitirməmiş anlamamış ər məktəbinə daxil olurlar.Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur.Mənə bir şey çatmır.Görəsən ər qaçırmı,bu nə psixologiyadır valideynlərdə qızlarını erkən yaşlarından nəyinsə qurbanı edirlər.Maraqlısı burasıdır ki,15-16yaşda ərə gedən qızların əksəriyyətinin adı məktəb jurnallarında qeyd olunur.Ama dərsə getməmək şərti ilə.Əgər bir savadlı,təhsil almış müdir ya müdirə buna normal münasibət göstərirsə bunun savadsızı neyləsin?Əslində məncə belə halların qarşısı alınsa,elə məktəb direktorları işdən qovulsa inanıram ki,buna hardasa son qoyular.Məlum məsələdir ki,valideynlər çox vaxt pula vara-dövlətə qız verirlər daha doğrusu satırlar.Sonu isə çoxvaxt pis nəticələnir.Və beləsə qiz sadəcə erkən yaşında bədbəxt olur.Valideynlərin peşmançılığısa sadəcə adamda əsəbdən yaradır.statistika göstərir ki,son illərdə dünya gətirib ölən uşaqların valideynləri məhz erkən yaşlı analar.Bu gün regionalrın adı hallansada qeyd edimki bu hal Bakı kəndlərində də özünü göstərir.Biz bu cür hallara yol verməklə gələcəyimizi öz əlimizlə dağıdırıq.Valideynlərin sayəsində.Çünki bu uşaqlardan gələcəyə gözəl həkim,gözəl müəllim,gözəl sənət sahibləri çıxa bilər.Onu da qeyd edim ki,bu ixtisaslara yiyələnmək çətin ama ana olmaq üçün məktəb haranısa bitiməməlisən.İstənilən halda ailə qurmaq sanşın olacaq.Ama oxumaqsa…Əslində Milli Məclis nigah haqqında qanunu dəyişəndə sevindmişdim ki,ərə getmək qanunla uzadıldı.Ama düşünməmişdimki bu uzadılma 1il fərqlə olar.Qızlara 18yaş oğlanlara 19yaş.Məncə elə də böyük fərq yoxdur.Ama yenə də əməl olunmur.Bəlkə nigah zamanı kəbin kəsən mollalara,restoranlara evlənmək üçün yaş məhdudiyyəti qoyulsa nəbilim nələrsə ciddi qaydalar qoyulsa inanıram ki bu hallar azalar.Məncə heç bir qiz istəməz ki dəcəl uşaqlığını yetginlik dövrünü gedib kiminsə qarşısında qul kimi işləməklə keçirsin.Düşünə bilmirəme o yaşda qizlar özləri uşaq olduğu halda necə uşaq saxlıyırlar.Mən ümid edirəm ki,valideynlərimiz böyüyəm hər şeyin doğrusu bilirəm övladıma fikrini üstün tutaraq onu ərə vermək yox məhz təhsil savad daha vacib şeylərə uşaqlarını yönəldərlər.Ən azından buna inanmaq gərəkdir…

Bir şərh yazın