Sənsiz yaşamağı öyrətdin mənə…

                                                              Sən yoxsan…..

Sənsiz yaşamağı belə öyrəndim-Yarpaqlar çiçəklər açır ağaclar , otumuşam parkda.Hamı deyir-gülür sıxılmışam bir küncdə tək-tənha.Dizimin üstündə notebookum dinləyirəm ən qorxunc mahnıları bədənim yanır , ruhum sanki çarmıxa çəkilir.Bəlkə də bahar gəlib mənim içimdə payızdı.Yazıram , pozuram bir daha yazıram.Sətir , misranı qoymur buraxım.Yazıram , hava istidi amma üşüyürəm.Sıxır məni bu şəhər , ətrafımdakı hər şey sıxır , beynim sıxır , düşüncələrim sıxır , ətrafımda insanların gülüşləri sıxır.Həyat iyrəndirir sanki özünü , sonra yenidən sevdirir.Sənlə payız günü ayrılmışdıq və mən qalmışdım o xəzanlı payızda.Bəlkə də yaz gəlib hələ mən qalmışdım payızda.Ağaclar çiçək açırdı , quşlar oxuyurdu mənimsə daxilimdə payız idi buna görə də ağaclar yarpağını tökürdü hər tərəf səssiz səmirsiz idi.Həyat sevdirir , sonra əlimizdən alır.Bu gün bu payız mənim yazımı basdırır sən basırdığın kimi məni.Sanki illlərdi torpaq altında cismim çürüyürdü.Bağışla may , mən dekabrımdayam hələ də.Mən iblis sən mələkdin sənə görə.Yatmışam illərdi sanki bir öpüş oyada bilərdi məni.Şahzadəmi gözləyirdim , mələyimi gözləyirdim.İblis sandım özümü sən mələk simasında iblis idin.Kirlətdin ruhumu , zəhərlədin məni.Sənin kipriklərin , barmaqların məni dəli edir hər xatırlayanda.Yüz minləlrə kilometr uzaqlaşdım.Amma uzaqlaşdıqca daha yaxın oldun mənə .Düşündüm məktub yazım ya zəng edim gedərkən , yox ya da heç etməyim bəlkə də.Bilmirəm…

Mənim ürəyimə dağlar çəkdin , paramparça etdin.Mələyim gözlədi yoxsa məni?Ya da bir başqasına mı verdi ona verdiyim əmanətimi?Saxtasanmı yoxsa gerçəksənmi?Bəlkə aktyorsan mənim həyat filmimdə?Bəlkə də ilk əvvəl epizodlarda oldun sonra baş rol oynamağa başladın.Ortaq oldun həyat filmimə , bir parçası oldun.Mənim əllərimə, yanağıma toxunan əlin , dediyin sözlər , ssenarin o da mı saxta idi?Kim yazıb bu ssenarini?Axırını görmək maraqlı olardı…

Yatır hər gecə şahzadəm rahat , mənisə yuxu tutmur.Saat 1 olur yenə də sıxılıram sonra 2 , 3 ,4 ,5 və səhər açılır.Gün çıxır , amma onun istiliyini belə duya bilmirəm.Günü günə satıram , bilirəm gəlməyəcən , gözləyirəm.Gəlsən belə istəmirəm səni…

 Yenə baxıram qapıya amma sən yoxsan.Baxıram o yerlərə , metrolara , dəniz kənarına axtarıram səni , sən yoxsan.Qaçıram sənsizlikdən , yoxsan.Basırdın məni amma yaddaşım basdırmır səni.Utanmıram , gizlətmirəm , peşiman deyiləm etdiklərimə amma sən peşimansan , nə olsun yenə də yanımda yoxsan.Hərdən olur yoxlugunla barışıram , gülürəm.Güləndə axı yanımda olurdun indi sən yoxsan.Bütün şəhəri gəzdim hardasan axı , sən heç yerdə yoxsan.Hər gün əlimdə qələm səni yazdım , pozdum yenə yazdım amma sən yoxsan.Mənə bir şey olanda yanımda olardın , çox ehtiyacım var , çox xəstəyəm hardasan axı , yenə də yoxsan.Gecələr yazdığın smslərə , mənə verdiyin əşyalara baxıram hamısı burdadı otağımdadı , evimdədi , hər şeyin burdadı amma sən yoxsan.Ürəyin mənimlə , özün başqa yerdə səslənirəm hər gün ehh , yenə yoxsan.Məni yox etdin , sevgimi ən çirkli sözlərlə tərənnmüm etdin , amma nifrət etmək istədiklərim arasında sən yoxsan.Başqa sevgi tapdın özünə , mənsə tənha qaldım , sadiq qaldım saxladım bu ürəyi , sənin olsada , yoxsan…

Bilirsən , əslində yanımdasan.Sən mürəkkəbi bitmiş qələmimsən , sən boş və əzilmiş vərəqlərimsən , sən son bir ildi yaşadığım günlərimsən , tənhalığımsan , küsgünlüyümsən , yorğunluğumsan , qaranlığımsan , sənsizliyimsən…Sən üzərini buludlar almış günəşimsən , sən gecələr otağıma işığı düşməyən ayımsan.Sən bahar günü ömrümə gələn payızımsan.Sən bir vaxtlar ətrini ciyərlərimə çəkdiyim gülümsən.Bütün gücümlə içimə aldığım amma qaytara bilmədiyim nəfəsimsən.Boğazımda düyünlənən sözlərimsən , qurumuş dodağımsan.Daha döyünməyən ürəyim , əhatə dairəsindən kənarda olan MƏNsən.

Bu qədər yazdım bəsdi.Qoy bu da olsun etiraf.Notebookumu bağladım , deyəsən yazmayacam daha heç nə.Axı səni tapa bilmədim.Sonra gördüm , doğum günümdə mənə bağışladığın şərf əlimdədi….(aid olan herkese hesr edirem).

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma