Böhtan
Bəzən çox şikayət edirik kinolarımız yaxşı çəkilmir.Mövzuları maraqsızdı bəhanəsi ilə beynimizə artıq mənfi fikirləri yeritmişik.Ama bəzən düşündüklərimizi gördüklərimiz əslində heç də elə deyil kimi üzə çıxarır.Bu filmi izlədiyim birinci dəfə idi.Məni ilk olaraq kinonun musiqisi cəlb etdi.Öz təsiri altına saldı.Və özlüyümdə axıra kimi baxmalıyam deyə qərar verdim.İtirdiyim 52dəqiqə 1 saniyəyə hesflənmədim.Əksinə nəsə qazanmış oldum.Kino vəkilin savadı və qundarma oyunu üzərində qurulmuş günahsız insanların həyatından bəhs edirdi.Kino doğurdan da bu gün yaşadığımız həyatın bir hissəsi haqqında çəkilib desəm həqiqətə daha uyğun olar.Kinoda marağımı çəkən bu hissə oldu:”Ən böyük var-dövlət,Başqasının malına göz dikməməkdir.Demək olar ki,kino elə bu dəyərli status çərçivəsində gerçəkləşdirilib.Həmişəki kimi haqsızlıqlar,kasıb-varlı həyatı özünü real həyatdakı kimi kinodada göstərdi.Doğurdanda bu reallıqdır ki,heç də bəzi adamlar öz halal zəhməti hesabına varlı olmular.Başqalarının malına göz dikə-dikə böhtanlarla varlanırlar.Və beləcə kasıbın imkanı az olduğundan düzgünlüynü heç kəsə sübut edə bilmir.Elə bu kinodakı varlı,savadlı vəkil kimi.Özünü işdən çıxarmaq təhlükəsini nəzərə alıb ofis açmağı təklif edəndə o da ən rahat yolu seçir əlbətdəki.Kasıb bir qonşusuna şər atmaqla onun kiçik bir maşın emalatxanasını əlindən alır.Halbuki,onun qızının saatı itəndə kasıbın qızı onun qızının saatını qaytarır.Qısacası kinonun təsirinə çox düşdüm.Həyat haçana kimi haqsızlıqlarla davam edəcək bilmirəm.Bəzən varlı insanların varı-dövləti haqqında halal olsun demək belə adama günah qazandırır.Nə yollarla qazanması belə məlum olmuyan kinodakı vəkilin varı-dövləti kimi.Kino Azərbaycan reallıqlarını əks etdirir,daha ciddi mövzulara toxunur deyə çox xoşuma gəldi.Və baxmağa dəyər dedim.Ama kinodakı aktyorlarda biraz quru çıxışlar vardı.Ama olsun.Bəlkə kinolarımız daha çox çəkilsə hər şey qaydasına düşər.Kinonu çəkib biz tamaşaçıların öhdəsinə verən Oskar Podakşna və tanıdığım Yaşar əhmədova təşəkkürlər.Kaşki kinonun davamı olsaydı.Haqsızlıqlar elə təzə üzə çıxmışkan kino bitdi.Ama vacib olan haqq öz yerini tapdı.Oskar Prodakşndan daha uğurlu kinolar gözləyirik.
qeweng qeweng burda deyiblere
togrultt - Yanvar 28, 2012 at 6:51 pm |